Əksər bölgələrdə yağıntılı hava şəraitində fasilə yaranıb
Nərmin Qocamanlı
Hazırda ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraitində fasilə yaranıb.
Bunu "Operativ Media"ya Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, hazırda yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında, Qobustan, Oğuz, Şəki, Qəbələ, İsmayıllıda müşahidə olunur, arabir qısamüddətli leysan xarakterli yağış yağır.
Müşahidə olunan yağıntılı hava şəraiti bu gün günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək.
Teqlər:
"\u018fks\u0259r b\u00f6lg\u0259l\u0259rd\u0259 ya\u011f\u0131nt\u0131l\u0131 hava \u015f\u0259raitind\u0259 fasil\u0259 yaran\u0131b"