Menyu

Gülçöhrə Məmmədova: "COP29-un Azərbaycanda baş tutması ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir"

Nərmin Qocamanlı
Gülçöhrə Məmmədova: "COP29-un Azərbaycanda baş tutması ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir"

"COP29-un Azərbaycanda baş tutması ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir. Azərbaycan artıq növbəti qlobal tədbirə ev sahibliyi edir”.

Operativ Media xəbər verir ki, bu sözləri “Dayanıqlı şəhərsalma və İqlim dəyişmələri” mövzusunda  keçirilən tədbirdə AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova deyib.

O bildirib ki, bu tədbir ən yüksək səviyyədə keçirəcək:

“Biz bu tədbiri ən yüksək səviyyədə keçirəcəyik. Tələbələrimiz də bu gün COP29 tədbiri ilə əlaqədar ekologiyaya iqlim dəyişkənliyi ilə bağlı müxtəlif məsələləri öz işlərində əks etdirir. Əlbəttə ki bizim mütəxəssislərimiz, inşaatçılarımız, memarlarımız da bu məsələ ilə bağlı sıx əlaqə saxlayır. Tələbələrimiz COP29 bağlı fikirləri aydın başa düşməsi, dərk etməsi, qlobal problemi həll etməyə çalışması çox  böyük əhəmiyyət kəsb edir. Bugünkü tədbir məhz bununla bağlıdır. COP29 qabağı keçirilən tədbirlər arasında bu da öz layiqli yerini tutacaq və qarşıya qoyduğumuz vəzifələrə çatacağıq”.

Teqlər:

"G\u00fcl\u00e7\u00f6hr\u0259 M\u0259mm\u0259dova: \"COP29-un Az\u0259rbaycanda ba\u015f tutmas\u0131 \u00f6lk\u0259mizin d\u00fcnyada artan n\u00fcfuzunun g\u00f6st\u0259ricisidir\""

Əlaqəli Xəbərlər