"Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov vəfat edib.
"Operativ Media" xəbər verir ki, Tağı Əhmədov əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Tağı Əhmədov 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Güney Qışlaq kəndində anadan olub.
O, 1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışıb. 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olub.