Menyu

Bakı Şəhər DYP İdarəsinin sürücülərə müraciət edib

Nərmin Qocamanlı
Bakı Şəhər DYP İdarəsinin sürücülərə müraciət edib

Oktyabrın 19-dan 20-nə keçən gecə saat 02 radələrindən 06 radələrinədək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın Hava limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, hava limanı istiqamətinə alternativ yol kimi 8 Noyabr prospektindən Zığ yoluna keçməklə, eləcə də Heydər Əliyev prospektində köməkçi yol ilə Bakıxanov qəsəbəsindən keçməklə hərəkət edə bilərlər.

Şəhərin mərkəzinə doğru isə sürücülər Mikayıl Müşfiq, Abdulla Şaiq, Mirzağa Əliyev və Şəmsi Bədəlbəyli küçələrindən keçməklə daxil ola bilərlər.

Sürücülərdən monitorinq müddətində qeyd edilən istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətləri nəzərə almaları xahiş olunur.

Teqlər:

"Bak\u0131 \u015e\u0259h\u0259r DYP \u0130dar\u0259sinin s\u00fcr\u00fcc\u00fcl\u0259r\u0259 m\u00fcraci\u0259t edib"

Əlaqəli Xəbərlər