David Alaba karyerasını bitirə bilər
Əziz Əzizli
İspaniya çempionu və Çempionlar Liqası kubokunun qalibi "Real Madrid"in və Avstriya millisinin 32 yaşlı müdafiəçisi David Alabanın səhhətində ciddi problemlər yaranıb və karyerasını bitirə bilər.
"Operativ Media" AS nəşrinə istinadən xəbər verir ki, diz oynağının qığırdaq toxumasının aşınması nəticəsində David Alaba indi hətta yeriyəndə də ağrılar hiss edir.
David Alaba keçən ilin dekabrında çarpaz diz bağlarından zədə almışdı. Bu ay o, qaçış məşqlərini bərpa etsə də, sonradan onun bu il oynaya bilməyəcəyi məlum olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net