Menyu

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib

Əsəd Abbaslı
Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib

6 oktyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.

"Operativ Media" DİM-ə istinadən xəbər verir ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 8 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 472, BB qrupu üzrə 1770 olmaqla, ümumilikdə 2242 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 23 imtahan rəhbəri, 201 nəzarətçi və 29 buraxılış rejimi əməkdaşı ayrılıb.

Oktyabrın 7-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.

Teqlər:

"D\u00f6vl\u0259t qullu\u011funda inzibati icra\u00e7\u0131 v\u0259zif\u0259l\u0259r \u00fczr\u0259 test imtahan\u0131 ke\u00e7irilib"

Əlaqəli Xəbərlər