Məhkəmə “Aztelekom”u inzibati xəta törətdiyinə görə cərimələyib
Əsəd Abbaslı
“Aztelekom” MMC törətdiyi inzibati xətaya görə cərimələnib.
"Operativ Media"nın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci (geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Şəfəq Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, sözügedən inzibati xətaya görə fiziki şəxslər səksən manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 400 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə edilir.
Teqlər:
"M\u0259hk\u0259m\u0259 \u201cAztelekom\u201du inzibati x\u0259ta t\u00f6r\u0259tdiyin\u0259 g\u00f6r\u0259 c\u0259rim\u0259l\u0259yib"