Menyu

Füzulidə 3 kiloqram tiryək, metamfetamin və psixotrop tərkibli həblər aşkarlanıb

Nərmin Qocamanlı
Füzulidə 3 kiloqram tiryək, metamfetamin və psixotrop tərkibli həblər aşkarlanıb

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ramil Yusifov saxlanılıb. Ondan 3 kiloqramdan artıq tiryək,metamfetamin və 100 ədəd metodon həbi aşkarlanıb. R.Yusifov narkotik vasitələri maddi maraq qarşılığında şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Teqlər:

"F\u00fczulid\u0259 3 kiloqram tiry\u0259k metamfetamin v\u0259 psixotrop t\u0259rkibli h\u0259bl\u0259r a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər