Menyu

Sabah bəzi ərazilərdə qaz olmayacaq

Əsəd Abbaslı
Sabah bəzi ərazilərdə qaz olmayacaq

Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar  sabah saat 10:00-dan 13:00-dək “Sərdərov adına BMZ(Digəh)” ölçü qovşağından, saat 09:00-dan işlər yekunlaşanadək “Ağcabədi” və “Beyləqan” ölçü qovşaqlarında qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə “Operativ Media”ya “Azəriqaz” İB-dən bildirilib.

Qaz təchizatı dayandırılan müddətdə paytaxtın Binəqədi rayonunun M.Ə. Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Baksol ərazisinin, Zəngəzur yaşayış massivinin, Ağcəbədi şəhəri daxil olmaqla, rayonun 9 qəsəbə və 36 kəndinin, həmçinin  Beyləqan şəhəri daxil olmaqla, rayonun 1 qəsəbə və 6 küçəsinin qaz təchizatında fasilə müvəqqəti fasilə yaranacaq.

Teqlər:

"Sabah b\u0259zi \u0259razil\u0259rd\u0259 qaz olmayacaq"

Əlaqəli Xəbərlər