Menyu

Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB

Əsəd Abbaslı
Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB

Xəsarət alan şəxs sağ aşağı ətrafın amputasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"Oktyabrın 3-ü saat 19:12-də metronun "Ulduz" stansiyasında 20 yaşlı şəxsin (kişi cinsli) qatar yoluna düşməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub.

Xəsarət alan şəxs sağ aşağı ətrafın amputasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub", - məlumatda deyilir.

23:30

Xətlər üzrə intervallar, əsasən, bərpa olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə Bakı Metropolitenindən məlumat verilib.

Qeyd edək ki, 19:00 radələrində "Ulduz" stansiyasında sərnişinin stansiya yoluna düşməsi nəticəsində intervaldan əlavə 24 dəqiqə yubanma yaranıb.

Hazırda xətlər üzrə intervallar, əsasən, bərpa olunub.

20:11

"Ulduz" stansiyasında sərnişin stansiya yoluna düşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Bakı Metropolitenindən məlumat verilib.

Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz təcili tibbi yardım xidməti dəvət olunub. Sərnişin stansiya yolundan çıxarılıb.

Təmas relsinə yüksək gərginlik verilib, qatar yola salınıb. Bildirilir ki, intervaldan əlavə 24 dəqiqə yubanma yaranıb.

Hazırda Yaşıl və Qırmızı xətlərdə hərəkət intervalların tənzimlənməsi və qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır.

Sərnişinin səhhəti barədə əlavə məlumat veriləcək

19:36

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.

"Operativ Media" xəbər verir ki, hadisə qatar stansiyaya daxil olarkən baş verib.

Sərnişin qatarın altında qalıb, onun vəfat edib-etmədiyi hələ ki, məlum deyil.

Hadisəyə görə qatarların hərəkəti dayandırılıb.

Teqlər:

"Qatar yoluna d\u00fc\u015f\u0259n \u015f\u0259xsin v\u0259ziyy\u0259ti a\u00e7\u0131qlan\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər