Bakının Yusif Səfərov küçəsində velosiped zolaqları təşkil edilib
Əsəd Abbaslı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Yusif Səfərov küçəsində velosiped zolaqları təşkil edərək sakinlərin istifadəsinə verib.
"Operativ Media" bu barədə agentliyə istinadən xəbər verir.
"Velosiped yolu şəbəkəsinin genişəndirilməsi bundan sonra da davam etdiriləcək. Hər kəsin təhlükəsizliyi və rahatlığı üçün velosiped yollarına daxil olmayaq! ", - deyə AYNA bəyan edib.
Teqlər:
"Bak\u0131n\u0131n Yusif S\u0259f\u0259rov k\u00fc\u00e7\u0259sind\u0259 velosiped zolaqlar\u0131 t\u0259\u015fkil edilib"