Menyu

Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Oktyabrın 5-dən Bakıda 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil ediləcək.

"Operativ Media" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, buna səbəb paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 28-dən Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyli küçəsinə qədər) nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılmasıdır.

Teqlər:

"Bak\u0131da 5 m\u00fcnt\u0259z\u0259m avtobus mar\u015frutunun h\u0259r\u0259k\u0259t istiqam\u0259ti d\u0259yi\u015fdiril\u0259c\u0259k"

Əlaqəli Xəbərlər