Menyu

Qaraçuxur qəsəbəsində evdən 8000 manatlıq oğurluq edilib

Nərmin Qocamanlı
Qaraçuxur qəsəbəsində evdən 8000 manatlıq oğurluq edilib

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində bir evdən südçəkən aparat və 3 ədəd samovar olmaqla ümumilikdə 8000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı A.Kərəmov,  43 yaşlı M.Məmmədov və 46 yaşlı E.Kərimov müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

Teqlər:

"Qara\u00e7uxur q\u0259s\u0259b\u0259sind\u0259 evd\u0259n 8000 manatl\u0131q o\u011furluq edilib"

Əlaqəli Xəbərlər