Menyu

Göyçayda narkotik dövriyyəsi ilə bağlı 8 nəfər saxlanılıb

Göyçayda narkotik dövriyyəsi ilə bağlı 8 nəfər saxlanılıb

Göyçayda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb.

Bu barədə "Operativ Media"ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Fərid Babayev saxlanılıb.

Ona məxsus fermadan kultivasiya edərək yetişdirdiyi çətənə kolları, marixuana və tüfəng aşkar edilib.

Keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan daha 7 nəfər saxlanılıb. Həmin şəxslərdən heroin, marixuana və metamfetamin aşkarlanıb.

Saxlanılan şəxslərdən biri olan Fərid Qəribovun rayon ərazisində avtomobil qaçırdığı da
müəyyən olunub.

Aşkar olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

Teqlər:

"G\u00f6y\u00e7ayda narkotik d\u00f6vriyy\u0259si il\u0259 ba\u011fl\u0131 8 n\u0259f\u0259r saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər