Menyu

Məhkəmə nəqliyyat vasitələri ilə bağlı qaydaları pozan şirkətlə bağlı qərar verib

Nərmin Qocamanlı
Məhkəmə nəqliyyat vasitələri ilə bağlı qaydaları pozan şirkətlə bağlı qərar verib

"Oscar Building and Construction" MMC nəqliyyat vasitələri ilə bağlı qaydalarını pozduğu üçün cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən 339.1-ci (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş şirkətlə bağlı müraciətə baxılıb.

Hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, sözügedən inzibati xətaya görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
 

Teqlər:

"M\u0259hk\u0259m\u0259 n\u0259qliyyat vasit\u0259l\u0259ri il\u0259 ba\u011fl\u0131 qaydalar\u0131 pozan \u015firk\u0259tl\u0259 ba\u011fl\u0131 q\u0259rar verib"

Əlaqəli Xəbərlər