Menyu

FHN Gəncədə qanunsuz tikililəri söküb

Nərmin Qocamanlı
FHN Gəncədə qanunsuz tikililəri söküb

Gəncə şəhərində qanunsuz tikililər sökülüb.

Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Abbas Səhhət küçəsində ayrı-ayrı tikililərdə qanunsuz olaraq artırma və ikinci mərtəbənin inşa edilməsi faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

"Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb", - məlumatda qeyd olunub.

Teqlər:

"FHN G\u0259nc\u0259d\u0259 qanunsuz tikilil\u0259ri s\u00f6k\u00fcb"

Əlaqəli Xəbərlər