DİN: Həftəsonu 32 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Nərmin Qocamanlı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 21-də və 22-də ümumi çəkisi 31,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,7 kiloqramdan artıq heroin, 27,3 kiloqramdan çox marixuana, 1,6 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 662 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.