Menyu

Şahmat Olimpiadası: Azərbaycan millisi İtaliya ilə qarşılaşacaq

Əziz Əzizli
Şahmat Olimpiadası: Azərbaycan millisi İtaliya ilə qarşılaşacaq

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasının VIII turunda İtaliya yığmaları ilə münasibətlərə aydınlıq gətirəcəklər.

"Operativ Media" xəbər verir ki, kişilərdən ibarət kollektiv 10 xalla 14-cü sırada qərarlaşıb. Lider Hindistanın 14, ikinci sıradakı İranın 13, Özbəkistanın isə 12 xalı var.

Qadınlardan ibarət seçməmiz isə 10 xalla 19-cu pillədədir. Hindistan 14 xalla liderdir. Polşa və Qazaxıstan 12 xala malikdir.

Teqlər:

"\u015eahmat Olimpiadas\u0131: Az\u0259rbaycan millisi \u0130taliya il\u0259 qar\u015f\u0131la\u015facaq"

Əlaqəli Xəbərlər