Ana səhifə / İdman / UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib 18.09.2024, 22:58 Əsəd Abbaslı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun ikinci oyun günündə 2 qarşılaşma keçirilib. "Operativ Media" xəbər verir ki, İtaliyada baş tutan matçda yerli "Bolonya" Ukrayna təmsilçisi "Şaxtyor"la heç-heçə edib - 0:0. Çexiya klubu "Sparta" isə doğma meydanda Avstiyanın "Zaltsburq" komandasını 3:0 hesabı ilə üstələyib. Azarkeşlər saat 23:00-da başlayacaq daha 4 qarşılaşmanın şahidi olacaqlar. UEFA Çempionlar Liqası Liqa mərhələsi 18 sentyabr I tur “Bolonya” (İtaliya) - “Şaxtyor” (Ukrayna) 0:0 “Sparta” (Çexiya) - “Zaltsburq” (Avstriya) 3:0 23:00. “Brügge” (Belçika) - “Borussiya” (Dortmund, Almaniya) 23:00. “Seltik” (Şotlandiya) - “Slovan” (Slovakiya) 23:00. “Mançester Siti” (İngiltərə) - “İnter” (İtaliya) 23:00. PSJ (Fransa) - Jirona (İspaniya) Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk tura sentyabrın 19-da yekun vurulacaq. Teqlər: "UEFA \u00c7empionlar Liqas\u0131: Liqa m\u0259rh\u0259l\u0259sinin I turunda daha 2 g\u00f6r\u00fc\u015f ke\u00e7irilib"