Menyu

Təhsil xərcləri 8,7 faiz artırılacaq

Əsəd Abbaslı
Təhsil xərcləri 8,7 faiz artırılacaq

Gələn il dövlət büdcəsində təhsil xərclərinə 4,945.8 milyon manat ayrılması proqnozlaşdırılır.

"Operativ Media" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlamasında əksini tapıb.

Təhsil xərclərinin büdcədə xüsusi çəkisi 12,5 faiz olacaq.

Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsində təhsil xərcləri 4 milyard 550 milyon 334 min 684 manat nəzərdə tutulub. Beləliklə, 2024-cü illə müqayisədə 2025-ci ildə təhsil xərcləri 8,7 faiz artırılır.

Teqlər:

"T\u0259hsil x\u0259rcl\u0259ri 8 7 faiz art\u0131r\u0131lacaq"

Əlaqəli Xəbərlər