Menyu

Prokurorluq vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edib

Nərmin Qocamanlı
Prokurorluq vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edib

Azərbaycan Respublikasının Baş Prokurorluğunda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilir.

Müsahibədə iştirak etmək istəyən namizədlər 15 oktyabr 2024-cü il saat 18:00-dək Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibəyə təqdim edilmiş vakant vəzifələr barədə buradan https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshVezElanDetails?ElanID=550&TeshKodu=121&VakKodu=141386 məlumat əldə edə bilərsiniz.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.

Teqlər:

"Prokurorluq vakant d\u00f6vl\u0259t qullu\u011fu v\u0259zif\u0259l\u0259rinin tutulmas\u0131 \u00fc\u00e7\u00fcn \u00fcmumi m\u00fcsahib\u0259 elan edib"

Əlaqəli Xəbərlər