Bakıda daha bir marşrutun hərəkət sxemində dəyişiklik edilib
"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini Yeni Yasamal yaşayış sahəsi ilə əlaqələndirən 7B nömrəli avtobus marşrutunun hərəkət sxemində dəyişiklik edilib.
Bu barədə "Operativ Media"ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, sakinlərin ictimai nəqliyyata olan təlabatının və şəhərin digər istiqamətlərinə gedişlərinin təmin edilməsi məqsədilə 7B nömrəli avtobusların hərəkəti "MİDA" Yasamal Yaşayış Kompleksinə təşkil olunub.
Teqlər:
"Bak\u0131da daha bir mar\u015frutun h\u0259r\u0259k\u0259t sxemind\u0259 d\u0259yi\u015fiklik edilib"