Növbədənkənar parlament seçkiləri ilə əlaqədar MSK-nın protokolu tərtib edilir
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının protokolu tərtib ediləcək.
"Operativ Media" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, dairə seçki komissiyaları işinə yekun vurulmuş sayılmalıdır: “Buna görə də protokol tərtib edilməlidir”.
MSK sədri Məzahir Pənahov isə qeyd edib ki, protokolun tərtibi üçün fasilə verilməlidir: “Protokolun hazırlanması üçün rəqəmlərə dəqiq baxılmalıdır. MSK katibi Arifə Muxtarova, Komissiya üzvlərindən İlkin Şahbazov və Ramiz İbrahimov protokolun hazırlanması üçün gedəcək”.
Teqlər:
"N\u00f6vb\u0259d\u0259nk\u0259nar parlament se\u00e7kil\u0259ri il\u0259 \u0259laq\u0259dar MSK-n\u0131n protokolu t\u0259rtib edilir"