Menyu

Bakı Metropoliteni: "Yaşıl və Qırmızı xətlərdə qatar buraxılışı maksimuma çıxarılıb"

Nərmin Qocamanlı
Bakı Metropoliteni: "Yaşıl və Qırmızı xətlərdə qatar buraxılışı maksimuma çıxarılıb"

Bu gündən Azərbaycanda 2024-2025-ci tədris ili başlanıb. Bu da öz növbəsində metrostansiyalarda sıxlıqlar yaradıb. "Koroğlu", "Memar Əcəmi", "Elmlər Akademiyası" "20 Yanvar" metrostansiyalarından həddən artıq sıxlıq müşahidə edilib. Vətəndaşlar bununla bağlı öz sikayətlərini bildiriblər.

“Bakı Metropoliteni” QSC  mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Operativ Media"ya bildirib ki, metroya texniki cəhətdən mümkün ən maksimal həddə qatar xəttə buraxılıb:

"Bu gün Yaşıl və Qırmızı xətlərdə ümumən 46 qatar qrafik üzrə xəttə buraxılıb. Texniki cəhətdən bu, mümkün, ən maksimal həddir. Eyni vaxtda bundan artıq qatarın xəttə buraxılması texniki cəhətdən mümkün deyil", - deyə o bildirib.

Teqlər:

"Bak\u0131 Metropoliteni: \"Ya\u015f\u0131l v\u0259 Q\u0131rm\u0131z\u0131 x\u0259tl\u0259rd\u0259 qatar burax\u0131l\u0131\u015f\u0131 maksimuma \u00e7\u0131xar\u0131l\u0131b\""

Əlaqəli Xəbərlər