Ərdoğan: Rusiya-Ukrayna münaqişəsinin tezliklə bitəcəyini gözləmirəm
Redaksiya
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında münaqişənin tezliklə bitəcəyini gözləmədiyini bildirib.
"Operativ Media" xəbər verir ki, o , bunu İstanbulda Milli Müdafiə Universitetinin zabitlərinin buraxılış mərasimindəki çıxışında qeyd edib.
“Rusiya ilə Ukrayna arasında müharibə demək olar ki, iki il yarımdır ki, davam edir, çünki tərəflərdən heç biri digərinə tam hakim ola bilmir, bu da çoxlu itki və dağıntılara səbəb olur. Təəssüf ki, yaxın gələcəkdə müharibəni bitirmək üçün güclü iradə görmürəm”, - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə münaqişəni dayandırmaq üçün əlindən gələni edir.
Xatırladaq ki, Türkiyə lideri iyulun 9-11-də Vaşinqtonda iştirak etdiyi NATO sammitinin nəticələri ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən Ukrayna münaqişəsinin diplomatiya yolu ilə həllinin vacibliyini vurğulamışdı.