Yəmən sahillərində silahlı şəxslər yük gəmisinə hücum ediblər
Şəfa Hüseynli
Yəmən sahillərində yük gəmisinə yenidən atəş açılıb.
Operativ Media xəbər verir ki, bu barədə Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
"UKMTO Yəmən sahillərindən 14 dəniz mili cənubda baş verən hadisə barədə məlumat alıb. Məlumata görə, kiçik motorlu qayıq konteyner gəmisinə yaxınlaşıb. Gəmidə olanlar gəmiyə atəş açaraq gəmiyə minməyə cəhd ediblər", - deyə açıqlamada bildirilir.