Sərnişin avtobusu avtomobilə çırpılıb, xəsarət alanlar var
Operativ Media
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Mediaxəbər verir ki, şəhərin çıxışında, Gəncə-Goranboy xətti üzrə hərəkət edən "Hyundai" markalı sərnişin avtobusu "Range Rover"ə çırpılıb. Qəza nəticəsində avtobusda olan bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.