Zakir Həsənov Pakistana başsağlığı verib
Operativ Media
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.
Bu barədə Operativ Media-ya nazirliyindən məlumat verilib.
Bildirilib ki, başsağlığında deyilir: "Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində qəzaya uğraması nəticəsində iki pilotun həyatını itirməsi barədə xəbər məni dərindən kədərləndirdi.
Baş vermiş aviaqəza nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin."