Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi Viktor Vasilyev Ermənistanın gələn il üçün təşkilata üzvlük haqqını ödəməkdən imtina etmək qərarına şərh verib.
"Operativ Media" Rusiya KİV-ə istinadən xəbərinə görə, siyasətçi bildirib ki, 2025-ci il üçün üzvlük haqqının məbləği hesablanacaq və hesab Ermənistana göndəriləcək.
İrəvanın 2024-cü il üçün KTMT-yə üzvlük haqqı 53.22 milyon rubl (təxminən 1.031 milyon manat - red.) təşkil edib. Respublika hakimiyyəti ölkənin təşkilatda iştirakının dondurulduğunu elan edərək bu məbləği ödəməkdən imtina edib.
Teqlər:
"KTMT Erm\u0259nistana yeni \u00fczvl\u00fck haqq\u0131 hesablayacaq"