Ərdoğan Zəngəzur dəhlizinin açılması məsələsindən danışıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Bakı ilə İrəvan arasında tamhüquqlu sülh sazişi bağlandıqdan sonra Türkiyə və Ermənistan arasında sərhəd açıla bilər və Zəngəzur dəhlizinin açılması sazişi tamamlayacaq yekun addımdır.
"Operativ Media" xəbər verir ki, o bu barədə ABŞ-də keçirilən NATO sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.
"Biz Ermənistanın Baş naziri Nikol Paşinyana bu barədə hər şeyi söylədik. İndi sülh üçün hər şeyi etməliyik. Ümid edirik ki, Türkiyənin dəstəklədiyi Azərbaycan və Ermənistan arasında davamlı sülh əldə olunacaq. Zəngəzur dəhlizinin açılması sülh sazişini tamamlayacaq yekun addımdır", - Ərdoğan qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net