COP29 komandası Budapeştdə ətraf mühit nazirlərinin görüşündə fəaliyyət planını müzakirə edib
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) komandası Macarıstanın paytaxtı Budapeştdə ətraf mühit nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edib.
“Operativ Media” xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Budapeştdə keçirilən ətraf mühit nazirlərinin qeyri-rəsmi görüşündə COP29 komandası qlobal istiləşməni 1,5 dərəcədən aşağı saxlamaq üçün erkən tədbirlərin əhəmiyyətindən və noyabrda keçiriləcək iqlim konfransı öncəsi strateji prioritetlərdən danışıb”, - paylaşımda qeyd edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net