Prezident Əli Məsimlini təltif edib
Nərmin Qocamanlı
Milli Məclisin deputatı Əli Əhməd oğlu Məsimli “Şöhrət” ordeni ilə təltif edilib.
"Operativ Media" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, Ə.Məsimli 1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olub. Sabah onun 70 yaşı tamam olur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net