Çin dünyanın ən böyük günəş elektrik stansiyasını tikməyi planlayır
"China Three Gorges Renewables Group" unikal səmərəli 8 GW günəş elektrik stansiyası tikmək planlarını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Electrek" məlumat yayıb.
Layihənin ümumi dəyəri 11 milyard dollar olacaq və Pekin-Tyanjin-Hebey bölgəsini enerji ilə təmin edəcək. Tikintiyə bu ilin sentyabrında başlanılması və 2027-ci ildə başa çatdırılması planlaşdırılır.
Müqayisə üçün qeyd edək ki, dünyanın üç ən böyük günəş elektrik stansiyasının hər biri təxminən 3 GVt gücünə malikdir və hamısı Çində yerləşir. Yeni günəş elektrik stansiyası Çinin şimalındakı Daxili Monqolustanda tikiləcək və elektrik enerjisini ultra yüksək gərginlikli xətlər vasitəsilə ötürəcək.
Layihəyə 8 GVt gücündə günəş elektrik stansiyasından əlavə, 4 GVt gücündə külək elektrik stansiyası, 5 QVt gücündə bufer anbarı, 200 MVt günəş istilik enerjisi yığımı kompleksi və 4 GVt gücündə kömürlə işləyən elektrik stansiyası da daxildir.