Qəzza Səhiyyə Nazirliyi: Ölənlərin sayı 37,9 min nəfərə çatıb
İsrail hərbçilərinin 2023-cü ilin oktyabr ayından anklavda hərbi əməliyyatlara başladığı vaxtdan Qəzzada keçirdiyi əməliyyatlar nəticəsində təxminən 37,9 min insan həlak olub, 87 minə yaxın insan isə yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Fələstin sektorunun Səhiyyə Nazirliyi rəsmi "Telegram" kanalında məlumat verib.
"İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı bu gün 37 877 nəfərə çatıb", - departament bildirib.
Məlumata görə, 2023-cü ilin oktyabrından indiyədək anklavda 86 969 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyi əlavə edib ki, təkcə son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və hava hücumları nəticəsində 43 fələstinli ölüb, 111 nəfər isə yaralanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net