Menyu

Son 20 ildə dünyada meşə yanğınlarının sayı 2 dəfə artıb

Nərmin Qocamanlı
Son 20 ildə dünyada meşə yanğınlarının sayı 2 dəfə artıb

Tasmaniya Universitetinin avstraliyalı alimləri müəyyən ediblər ki, son 20 ildə dünyada həddindən artıq şiddətli meşə yanğınlarının sayı iki dəfə artıb. 

"Operativ Media" xəbər verir ki, tədqiqat Nature Ecology & Evolution (NEE) elmi jurnalında dərc olunub.

Tapıntılar 2003-cü ildən 2023-cü ilə qədər müxtəlif meşə yanğınları nəticəsində yaranan enerjinin peyk əsasında hesablamalarına əsaslanır.

Tədqiqatçılar ümumilikdə 30 milyon yanğın aşkar ediblər. Daha sonra bunlardan 2913-ü ən yüksək enerji buraxılışı və ya ən güclü fokusların 0,01%-ni seçiblər.

Tədqiqat göstərdi ki, bu ekstremal yanğınlar daha tez-tez baş verir və onların sayı dövr ərzində iki dəfə artıb. Bundan əlavə, “son dərəcə şiddətli yanğın” meyarları dəyişdib.

Son illərin ən intensiv yanğın hadisələri 2000-ci illərin əvvəllərindəki yanğınlardan iki dəfə çox enerji istehsal edib.

Tədqiqatçıların sözlərinə görə, bu nəticələr meşə yanğınlarının daha da pisləşdiyinə dair digər son sübutlarla uyğun gəlir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər