Menyu

Lavrov İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiriyə zəng edib

Lavrov İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiriyə zəng edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə İranda Xarici İşlər Nazirliyi rəhbəri vəzifəsini icra edən Əli Baqiri Kani arasında telefon danışığı olub. Söhbət zamanı Lavrov prezident seçkilərinin uğurlu keçməsini arzulayıb.   

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

"Lavrov iranlı dostlarına uğurlu prezident seçkiləri arzulayıb. Öz növbəsində İran xarici işlər nazirinin səlahiyyətlərini icra edən Əli Baqeri Kani qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə dərin fikir mübadiləsini davam etdirməyə hazır olduğunu təsdiqləyib", - deyə məlumatda qeyd edilib. 

Tərəflər, həmçinin, Yaxın Şərqdə, ilk növbədə, Fələstin-İsrail münaqişəsi zonasında həll edilməmiş çoxsaylı böhranlar nəticəsində yaranmış gərginliyin artması ilə bağlı narahatlıqlarını ifadə edib, problemlərin siyasi və diplomatik yollarla həllinin prioritetliyini vurğulayıblar. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər