Sloveniyanın baş naziri Zelenski ilə ikitərəfli təhlükəsizlik sazişini müzakirə edib
Sloveniyanın baş naziri Robert Qolob Ukrayna Prezidenti Volodimir Zelenski ilə ikitərəfli təhlükəsizlik sazişinin hazırlanmasını müzakirə edib.
"Operativ Media" xəbər verir ki, siyasətçi bu barədə Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammiti çərçivəsində məlumat verib.
"Görüş zamanı biz ikitərəfli təhlükəsizlik sazişini müzakirə etdik. Yekun varianta gəlmək üçün hələ vaxtımız var", - Qolob deyib.
Baş nazirin sözlərinə görə, Ukrayna hakimiyyəti müharibədən sonra ölkənin yenidən qurulmasında Sloveniya tərəfinin Kiyevə maliyyə yardımı ilə bağlı konkret öhdəliklərə nail olmaq istəyir. Lyublyana hazırda müqavilə layihəsinə düzəlişlər etmək üçün Kiyevdən rəsmi təkliflər gözləyir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net