İran: İsrailin istənilən addımı regionu müharibəyə sürükləyə bilər
İsrail hakimiyyətinin özünü xilas etmək üçün verdiyi hər hansı tələsik qərar bölgəni yeni müharibəyə sürükləyə bilər.
"Operativ Media" xəbər verir ki, bu fikri İranın BMT-dəki Daimi Nümayəndəliyi "X" rəsmi səhifəsində bildirib.
"İşğalçı İsrail rejiminin özünü xilas etmək üçün qəbul etdiyi istənilən tələsik qərarı regionu yeni müharibəyə sürükləyə bilər, bunun nəticəsi Livanın infrastrukturunun, eləcə də İsrail tərəfindən 1948-ci ildə işğal olunmuş ərazilərin məhvinə səbəb olacaqdır", - məlumatda deyilir.
İranın BMT-dəki Daimi Nümayəndəliyi Livan Hizbullah hərəkatının həm özünü, həm də Livanı müdafiə etmək qabiliyyətinə malik olduğuna və bu müharibədə uduzan tərəfin İsrail olacağına əminliyini ifadə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net