Menyu

Mirzoyan Litvaya işgüzar səfərə gedib

Nərmin Qocamanlı
Mirzoyan Litvaya işgüzar səfərə gedib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Litvaya işgüzar səfərə gedib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan öz "Facebook" səhifəsində məlumat verib. 

Bundan əvvəl elan edilmişdi ki, iyunun 20-də ER xarici işlər naziri Ararat Mirzoyan Vilnüsdə işgüzar səfərdə olacaq və orada Litvanın yüksək rütbəli rəsmiləri, o cümlədən xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşlər keçirəcək. 

Ermənistan və Litva xarici işlər nazirlərinin görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək, bundan sonra tərəflər anlaşma memorandumu imzalayacaqlar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər