Menyu

İlham Əliyev: "Səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcək"

İlham Əliyev: "Səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcək"

"Səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcək".

"Operativ Media" xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahuya ünvanladığı təbrik məktubunda yer alıb.

Dövlət başçısı qeyd edib ki, bu ilin noyabrında Azərbaycanın İsraildə Səfirliyinin təsis edilməsi barədə qərar qəbul edilib.

"Əminəm ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik", - Azərbaycan Prezidenti vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər