ABŞ-də meşə yanğını səbəbindən 7 min insan təxliyə ediləcək
Nərmin Qocamanlı
ABŞ-nin Nyu-Meksiko ştatında meşə yanğınının sürətlə yayılması səbəbindən 7 min insanın təxliyəsi qərara alınıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Nyu-Meksikoda yerləşən "Koat" xəbər kanalı məlumat yayıb.
Təxminən 5 kvadrat kilometr ərazini əhatə edən yanğınla əlaqədar təhlükəsizlik məqsədilə kəndin bir hissəsinə elektrik enerjisi verilişi kəsilib.
Kənddən 121 kilometr aralıda yerləşən Rosvel şəhərində çoxlu təxliyə mərkəzləri yaradılıb.
Yanğın nəticəsində yaranan tüstü ilə əlaqədar Ruidoso kəndi və onun ətrafında havanın keyfiyyətinin pis olması siqnalı verilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net