9 ölkə Rusiyaya dəstək verdiyi üçün İrana qarşı Aİ sanksiyalarına qoşulub
Doqquz Avropa İttifaqına (Aİ) tərəfdaş ölkə və üzvlüyə namizədlər, o cümlədən Moldova və Ukrayna Rusiyaya hərbi dəstək verdiyi üçün Aİ-nin İrana qarşı sanksiyalarının son mərhələsinə qoşulub.
"Operativ Media" xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət xidməti məlumat yayıb.
"Namizəd ölkələr Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Moldova, Bosniya və Herseqovina, eləcə də Avropa Azad Ticarət Zonası dövlətləri İslandiya, Norveç və Lixtenşteyn Aİ Şurasının mayın 14-də İrana hərbi təchizatla bağlı sanksiyalar tətbiq etmək qərarına qoşulublar", - bəyanatda deyilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net