Menyu

İran və Rusiya XİN rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər

İran və Rusiya XİN rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani və Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Tehranda keçirilən danışıqlarda Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

"Operativ Media" xəbər verir ki, bu barədə Əli Baqiri Kani “X” hesabında məlumat yayıb.

Danışıqlar zamanı tərəflər bölgədənkənar oyunçuların regionun işlərinə müdaxiləsinə qarşı çıxıblar.

“Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevlə görüşdə mən Qafqazda bəzi qeyri-regional oyunçuların mövcudluğunun sabitliyi pozan nəticələrini qeyd edərək, regionun problemləri ilə bağlı İranın mövqeyini təqdim etdim”, - Baqiri qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər