Finlandiya Çini Rusiyaya təsir göstərməyə çağırıb
Çin Ukraynada sülhün bərqərar olmasında əsas rol oynaya bilər.
"Operativ Media" xəbər verir ki, bu barədə Finlandiya prezidenti Alexander Stubb İsveçrə sammitində jurnalistlərə açıqlamasında deyib.
"Mən Çinə çağırış edirəm ki, onlar Rusiya prezidenti Vladimir Putinə bu müharibəyə son qoymağa təsir göstərsinlər", - deyə Stubb bildirib.
Stubb Çinlə yanaşı, sülhün əldə edilməsində qlobal Cənubun əhəmiyyətini vurğulayıb.
"İsveçrədəki sammitdə Latın Amerikası, Afrika, Asiya və xüsusilə də Yaxın Şərqdən çoxlu nümayəndələr var ki, bu, bizim sülh yolu ilə gedə biləcəyimizə ümid verir və mən hesab edirəm ki, sülh Ukrayna şərtləri daxilində baş verməsi vacibdir", - Stubb qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net