Menyu

Erməni müxalifəti Baqramyan prospektini açmaq qərarına gəlib

Erməni müxalifəti Baqramyan prospektini açmaq qərarına gəlib

İyunun 9-dan Ermənistan parlamentinin binası yaxınlığında Baqramyan prospektini bağlayan erməni müxalifəti bu prospekti açmaq qərarına gəlib. 

"Operativ Media" xəbər verir ki, bu barədə mitinqdə "Vətən naminə Tavuş" hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan bildirib.

"Elan etdiyimiz 96 saat başa çatdığından biz çadır şəhərciyini bağlamaq və Baqramyan prospektini açmaq qərarına gəldik, biz hərəkatımızı yenidən formatlaşdıracağıq və məsələni qalibiyyətlə yekunlaşdıracağıq", - Qalstanyan qeyd edib. 

Arxiyepiskop əlavə edib ki, müxalifət iyunun 17-də növbədənkənar iclasa hazırlaşacaq, iclasın gündəliyinə parlamentin hökumətin istefasının zəruriliyi ilə bağlı bəyanatını qəbul etmək niyyəti daxil olacaq.

Artıq hökumətin "Mülki müqavilə" fraksiyası bu iclasda iştirak etməyəcəyini açıqlayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər