Qırğızıstandan daha iki şirkət ABŞ-ın sanksiya siyahısına daxil edilib
Qırğızıstandan daha iki şirkət - Transit Service Bishkek (TSB LLC) və Nova Project - Amerika Birləşmiş Ştatlarının sanksiyalarına məruz qalıb.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat dərc olunub .
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Rusiya vətəndaşı Dmitri Vladimiroviç Əlixanov Rusiya aerokosmik sənayesi üçün dəzgahlar almaq üçün Qırğızıstan Respublikasında yerləşən “Nova Project” şirkətindən son istifadəçi kimi istifadə edib.
Bundan əlavə, Birləşmiş Ştatlar Rusiyanın “Promsvyazbank” ictimai səhmdar cəmiyyəti üçün siyahıları yeniləyib, Çin (Pekin), Qırğızıstan (Bişkek) və Hindistanda (Yeni Dehli) filiallarını da əlavə edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ hökumətinin Rusiya Federasiyası ilə əməkdaşlığa görə sanksiya siyahısına Qırğızıstandan daha 6 müəssisə daxil edilib.