Menyu

BRİCS xarici işlər nazirləri BMT-də hərtərəfli islahatları dəstəkləyib

BRİCS xarici işlər nazirləri BMT-də hərtərəfli islahatları dəstəkləyib

BRİCS ölkələrinin xarici işlər nazirləri BMT-nin, o cümlədən Təhlükəsizlik Şurasının (TŞ) hərtərəfli islahatını dəstəklədiklərini bildiriblər. 

"Operativ Media" xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin Nijni Novqorodda BRİCS xarici əlaqələr qurumları rəhbərlərinin görüşünün yekunları üzrə dərc etdiyi birgə bəyanatın mətnində deyilir.

"2023-cü il Yohannesburq 2 Bəyannaməsini nəzərə alaraq, Nazirlər Birləşmiş Millətlər Təşkilatının, o cümlədən onun Təhlükəsizlik Şurasının daha demokratik, təmsilçi, effektiv və səmərəli olması və inkişaf etməkdə olan ölkələrin BMT-də təmsilçiliyinin artırılması üçün hərtərəfli islahatların aparılmasını dəstəklədiklərini bildirdilər. Təhlükəsizlik Şurası mövcud qlobal çağırışlara adekvat cavab verə bilməli və Afrika, Asiya və Latın Amerikasında inkişaf etməkdə olan bazar iqtisadiyyatlarının və inkişaf etməkdə olan ölkələrin, o cümlədən BRİCS ölkələrinin qanuni istəklərini dəstəkləyə bilməlidir", - sənədin mətnində deyilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər