Türkiyənin XİN rəhbəri Rusiyaya səfər edəcək
Nərmin Qocamanlı
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Rusiyaya səfər edəcək.
"Operativ Media" Türkiyə XİN-nə istinadən xəbər verir ki, Fidan rusiyalı həmkarı Sergey Lavrov və Rusiya rəsmiləri ilə görüşəcək və sabah keçiriləcək BRİKS+ Sessiyasında iştirak edəcək.
Görüşlərdə Qəzzadakı son hadisələr, Ukrayna, Suriya, Liviya və Cənubi Qafqaz başda olmaqla regional və beynəlxalq problemlər müzakirə olunacaq.
Tərəflər Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin qarşıya qoyduğu 100 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmaq üçün ortaq iş yolu ilə qarşılıqlı investisiyaları artırmaq səylərini davam etdirəcəklər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net