Menyu

İran D-8 ölkələrini İsraillə bütün əlaqələri kəsməyə çağırıb

Nərmin Qocamanlı
İran D-8 ölkələrini İsraillə bütün əlaqələri kəsməyə çağırıb

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani D-8 üzvü olan ölkələri Qəzza zolağına hücumu dayandırmağa məcbur etmək üçün sionist rejimlə bütün iqtisadi və siyasi əlaqələri kəsməyə çağırıb.

"Operativ Media" xəbər verir ki, Baqeri Kani bunu İstanbulda keçirilən İnkişaf etməkdə olan Səkkizlik (D-8) İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə toplantısında bildirib.

O, İsrailin Fələstin xalqına qarşı davam edən zülmünü pisləyib və İslam ölkələrini işğalçı rejimlə bütün əlaqələri kəsmək də daxil olmaqla, Qəzzada müharibəni dayandırmaq üçün əməli tədbirlər görməyə çağırıb.

Baş diplomat bildirib ki, İsrailin Qəzzaya səkkiz aydan çox davam edən hücumlarından sonra beynəlxalq ictimaiyyət hələ də işğalçı rejimin görünməmiş cinayətlərinə son qoymaq üçün konkret addımlar atmayıb.

Qeyd edək ki, İran, Pakistan, İndoneziya, Malayziya və Banqladeşdən yüksək rütbəli diplomatlar, Misir və Nigeriyadan yüksək səviyyəli rəsmilər Qəzzada humanitar böhranı müzakirə etmək üçün İstanbulda keçirilən D-8 sammitində iştirak edirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər