Çin ABŞ-nin Tayvana F-16 ehtiyat hissələri satmaq qərarından narazıdır
Nərmin Qocamanlı
Çin Müdafiə Nazirliyi ABŞ-nin F-16 ehtiyat hissələrinin Tayvana satışını təsdiqləmə qərarına qarşıdır.
"Operativ Media" xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Zhang Xiaogang deyib.
O bildirib ki, ABŞ-nin Tayvana silah satması “vahid Çin” prinsipini ciddi şəkildə pozur.
“ABŞ Tayvana silah satır ki, bu da “vahid Çin” prinsipini ciddi şəkildə pozur. Bu, Çinin suverenliyinə və təhlükəsizlik maraqlarına ciddi ziyan vurur və Tayvan Boğazı regionunda sabitliyi pozur. Biz buna qəti şəkildə qarşıyıq və artıq ABŞ-yə sərt bəyanatlar vermişik", - Zhang Xiaogang əlavə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net